Mingəçevirdə evdə yanğın olub, xəsarət alan var

12 Avqust 2020 10:52 (UTC+04:00)

Mingəçevir şəhərində ümumi sahəsi 160 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərə çərçivəsi qismən və zirzəmisində 1 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.