Bu gün Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkü atılacaq

12 Avqust 2020 01:33 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkü atılacaq.

SİA xəbər verir ki, püşkatma mərasimi AFFA-nın inzibati binasında keçiriləcək.

Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlanacaq. Püşkatma zamanı yeni mövsümün 1-ci turunda qarşılaşacaq cütlər müəyyənləşəcək.

Qeyd edək ki, 4 dövrədən ibarət olacaq 2020/21 mövsümündə Premyer Liqada 8 klub - "Qarabağ", "Neftçi", "Keşlə", "Sumqayıt", "Zirə", "Sabah", "Səbail" və "Qəbələ" mübarizə aparacaq.