İsrail ordusunun qırıcı təyyarələri Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

12 Avqust 2020 07:19 (UTC+04:00)

İsrail ordusunun qırıcı təyyarələri Qəzza zolağında HƏMAS-ın üç mövqeyinə zərbələr endirib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib.

Qeyd edilir ki, hava zərbələri nəticəsində HƏMAS-ın hərbi bazası, yeraltı strukturu və müşahidə postu məhv edilib.