Livanın paytaxtı Beyrutun limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
SİA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, partlayışda ölənlərin sayı 171 nəfərə çatıb. Daha əvvəl 158 nəfərin öldüyü bildirilirdi.
Məlumata əsasən, 6 mindən çox insan xəsarət alıb, 300 min nəfər isə evsiz qalıb.
Partlayışla əlaqədar avqustun 6-sı limanın direktoru da daxil olmaqla, liman administrasiyasının 16 məmuru saxlanılıb.