Moskva şəhərinin hava limanlarında bir sıra aviareys ləğv edilib

12 Avqust 2020 04:59 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında bir sıra aviareys ləğv edilib və ya təxirə salınıb.

SİA-nın "gazeta.ru" saytına istinadən verdiyi məlumata görə, "Vnukovo" hava limanında 13 aviareys ləğv edilib, 4-ü isə gecikir.

Bildirilir ki, "Şeremetyevo" hava limanında 6 aviareys ləğv edilib, "Dovomodedovo" hava limanında isə 9 aviareys ləğv edilib, 2-si gecikir.

Reyslərin hansı səbəbdən ləğv edilməsi barədə məlumat verilməyib.