"Nikosayağı" xəstəxanalıq oldu VİDEO

12 Avqust 2020 11:11 (UTC+04:00)

“Nikosayağı” kimi tanınan “viner” Nicat Mütəllimov təcili əməliyyat olunub. SİA-nın məlumatına görə, bu haqda Nicat özü məlumat verib. Onun sözlərinə görə, bədbəxt hadisə at çaparkən baş verib. Belə ki, atdan yıxılan Nicatın körpücük sümükləri qırılıb.

O, xəstəxanadan videosunu yayımlayıb və hazırda yaxşı olduğunu bildirib.