“Xəyanətin yox, mərdimazarın şantajının qurbanı oldum” FOTO

12 Avqust 2020 10:21 (UTC+04:00)

Son günlər həyat yoldaşı Anaradan boşanması xəbəri ilə gündəmə gələn müğənni Samir Piriyev etiraf edib. SİA-nın məlumatına görə, ifaçı xanımı ilə barışdıqlarını söyləyib: “Düzdür, bizi ayırmaq istədilər. Hətta 10 ildə çoxları çalışdı ki, bizi ayırsın. Amma təəssüf, ayrılığımıza sevinənləri üzəcəyik. Biz ayrılmamışıq! İnşallah, bir ömür boyu ayrılmarıq.

Səhvsiz insan yoxdur, mən xəyanətin yox, sadəcə bir mərdimazarın şantajının qurbanı oldum. Ümid edirəm ki, o vicdansız məxluq öz cəzasını qanunla alacaq. Mən isə xoşbəxtəm. Ona görə ki, həyatımda Anara kimi yoldaşım, üç gözəl balam və ailəm var”.

Qeyd edək ki, bir müddət əvvəl özünü Samirin sevgilisi kimi təqdim edən qadın ifaçının evinə gedərək xanımı Anaraya hücum edərək xəsarət yetirib.

Samirin Anara ilə evlilikdən iki, ilk nikahından isə bir övladı var.