“Sumqayıt” və “Keşlə”nin Avropa liqasındakı oyunlarının başlama saatı açıqlanıb

11 Avqust 2020 22:31 (UTC+04:00)

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sumqayıt” və “Keşlə”nin 1-ci təsnifat mərhələsindəki oyununun başlama saatı açıqlanıb.

SİA UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt” - “Şkendiya” (Makedoniya) görüşü saat 20:00-da start götürəcək. Bu qarşılaşma “Sumqayıt”ın öz meydanında baş tutacaq.

“Keşlə” - “Laçi” (Albaniya) qarşılaşması isə saat 21:00-da başlayacaq. Bu görüş də “Keşlə”nin öz arenasında keçiriləcək.

Avroliqadakı digər təmsilçimiz "Neftçi"nin Makedoniya "Şkupi"si ilə oyununun başlama saatı isə ötən gün açıqlanıb. 8-ci km stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.

Qeyd edək ki, hər 3 matç avqustun 27-də keçiriləcək.