Ankarada Azərbaycanın orden və medalının təqdimetmə mərasimi keçirilib

11 Avqust 2020 18:14 (UTC+04:00)

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrıma və qrupun sabiq rəhbəri Necdət Ünivara Azərbaycan Respublikasının “Dostluq” ordeni, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçuya isə “BDU-100” xatirə medalı təqdim olunub.

SİA xəbər verir ki, bu münasibətlə Azərbaycanın Türkiyədəki səfirliyində təqdimetmə mərasimi təşkil olunub. Mükafatları Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov təqdim edib.

Mərasimdə rəsmi şəxslər, Türkiyə Böyük Millət Məclisinin deputatları, sabiq nazirlər və digər görkəmli şəxslər iştirak edib.