Ərdoğanla Ceyhun Bayramov və Zakir Həsənov arasındakı görüş yekunlaşıb

11 Avqust 2020 16:07 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib. SİA xəbər verir ki, bu barədə Türkiyə rəsmi orqanları məlumat yayıb.

Belə ki, görüşdə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı Türkiyə Prezidentini məlumatlandırıb.

Görüşün 45 dəqiqə davam etdiyi məlumatda qeyd edilib.