Bu gün “Baku Electronics”-in Əhmədlidə yeni Filialının rəsmi açılış mərasimi keçirilib
6 May 2011 05:32 (UTC+04:00)
Bu gün Azərbaycanın məişət texnikası satışı üzrə lider şirkət olan "Baku Electronics"-in Əhmədlidə yeni Filialının rəsmi açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "Baku Electronics"-də daxil olduğu "NAB Holdinqin" baş müdiri Can Öztürk, Cənubi Koreyanın Azərbaycandakı Fövqaladə və səlahətli səfiri Ciha Leey, Siemens Ev alətləri şirkətinin baş icraçı direktoru Norbet Kleyn, Cənubi Koreyanın Azərbaycandakı səfiri Çi Ha Li və media mənsubları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Baku Electronics"-də daxil olduğu "NAB Holdinqin" baş müdiri Can Öztürk bildirib ki, 3 mərtəbəli binada, 1800 m2 sahədə yerləşən filial yeni dizayn konsepsiyasına malikdir və əsasən Xətai-Suraxanı rayonların sakinləri üçün nəzərdə tutulub. Can Öztürkün fikrincə, hal-hazırda Filialdan alış-veriş edən müştərilərə 10% endirim və 10 ay müddətinə faizsiz kredit təklif olunur.
Tədbirdə söz alan Cənubi Koreyanın Azərbaycandakı səfiri Çi Ha Linin söylədiyinə görə, qısa zaman ərzində dinamik inkişaf yolu qət edən "Baku Electronics", hal-hazırda ölkə üzrə 50-dən çox Filial və nümayəndəliklərə sahibdir. Səfir onu da söyləyib ki, bu yeni açılan Filial isə istər təqdim olunan malların çeşidi, istərsə də xidmət baxımından daha mükəmməl olacağına şübhə yoxdur.
Qeyd edək ki, tədbirdə qırmızı lent kəsilib. Daha sonra isə qonaqlar ticarət mərkəzinə baxış keçiriblər.