Ərdoğan Ceyhun Bayramovu qəbul edəcək

11 Avqust 2020 15:02 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək. SİA xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə keçirdiyi brifinqdə deyib.

Qeyd edək ki, C.Bayramovun Türkiyəyə səfəri davam edir.