Azərbaycançılıq ideyalarının formalaşmasında milli-mənəvi dəyərlərin rolu

11 Avqust 2020 13:10 (UTC+04:00)

Azərbaycançılıq ideyalarının formalaşmasında milli-mənəvi dəyərlərin çox mühüm rolu vardır. Ümummilli lider Heydər Əliyev milli mənəvi dəyərləri milli ideologiyamızın ikinci hissəsi kimi qiymətləndirir: "Milli ideologiyamızın ikinci hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli - mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərləriminin ən əsası bizim müqəddəs kitabımız "Qurani-şərif"də öz əksini tapıbdır. Ancaq bununla yanaşı Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu bizim adət - ənənələrimizdir. Bu bizim milli əxlaqi metalitetimizdir. Bu bizim bütün başqa mənəvi dəyərlərimizdir. Bunların hamısı ilə biz fəxr etməliyik. Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir. Bizim adət-ənənələrimizdir".

Müasir beynəlxalq inteqrasiya şəraitində milli - mənəvi dəyərlər təkcə öz hüdudları daxilində inkişaf edib zənginləşə bilməz. Milli-mənəvi dəyərlərin inkişaf etməsi və zənginləşməsi üçün müasirləşmə ən başlıca şərtdir. Milli-mənəvi dəyərlərin müasirləşməsi onun bəşəri ideyalarla qovuşması sayəsində mümkündür. Milli-mənvi dəyərlərin müasirləşməsi insanların şüuruna təsir edərək onları etik, əxlaqi cəhətdən, həmçinin, bəşəri ideyaların mənimsənilməsi cəhətdən kamilləşdirir. Ümummilli liderimiz Heydər Əliyev milli-mənəvi dəyərlərimizin ümumbəşəri ideyalara inteqrasiyası barədə bəhs edərkən göstərir: "Bizim milli ideologiyamızın bir şaxəsi, bir qolu da ümumbəşəri dəyərlərdir. Ümumbəşəri dəyərlər Azərbaycan xalqı tərəfindən bir çox illərdir, əsrlərdir ki, qavranıbdır, qəbul olunubdur. Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq".

Milli-mənəvi dəyərlərimizi, başlıca olaraq, aşağıdakı kimi səciyyələndirmək mümükündür.

1) ana dili

Azərbaycançılıq haqqında bəhs edərkən ana dili məsələsinə xüsusi bir diqqətlə yanaşmaq lazımdır. Ana dili hər bir xalqm, millətin varlığını təyin edən ən başlıca atributlardan biridir. Ana dili sadəcə informasiya vasitəsi kimi qəbul edilməməlidir. Ana dili xalqm min illərdən bəri yaratdığı milli-mənəvi sərvətlərin daşıyıcısıdır. Azərbaycan xalqının dünyagörüşündə, elmi və bədii təfəkküründə yaradılan nə varsa sonrakı nəsillərə ana dili vasitəsi ilə çatdırılır. Ona görə də ana dilini sevmək, onu qorumaq, dilin normalarına riayət etmək hər bir vətəndaşm borcudur. Dilin normaları gözlənilmirsə sonrakı nəsillər üçün onun anlaşıqlılıq səviyyəsi azalır. Deməli, bu gün biz ana dilini qorumuruqsa gələcək nəsilləri milli-mənəvi sərvətlərimizdən məhrum etmiş oluruq. Heydər Əliyev göstərir ki, "Gərək hər bir vətəndaş öz vətəninə görə, öz millətinə görə, öz xalqma görə, öz ana dilinə görə qürur hissi keçirsin, azərbaycanlı olması ilə fəxr etsin. Нөг bir azərbaycanlı rus dilini, ingilis dilini, başqa dilləri mükəmməl bilərək onlardan istifadə edirsə öz doğma Azərbaycan dilinə diqqətini və hörmətini azaltmamalıdır".

Dil elə ictimai varlıqdır ki, onun qorunması, norma sabitliyinin saxlanması və zənginləşməsi bilavasitə dövlətçiliklə bağlıdır. Dövlətçilik dilin dayağıdır. Dövlətçilik olmadıqda dilin özünün mənəvi bir sərvət kimi qorunması, dil normalarının sabitliyinin saxlanılması heç kəsdə məsuliyyət hissi yaratmır. Dil strukturunun zənginləşməsindən isə söhbət açmaq mümkün olmur. Odur ki, dildən necə gəldi istifadə edilir, nəticədə ərazilər üzrə çoxlu nitq fərqləri (dialektizmlər) yaranır. Dilə çoxlu ixtiyari sözlər daxil olur. Böyük mütəfəkkirlər, söz ustadları, alimlər öz əsərlərini ana dilində yox, dövrün daha nüfuzlu sayılan başqa bir dilində yazmağa səy göstərirlər. Belə olduqda, əwəla, ana dili sonrakı nəsillər üçün öz anlaşıqlığını azaltmış olur, ikincisi isə azərbaycanlı mütəfəkkirlərin yaradıcılığı başqa xalqların adma çıxılır. Həmin əsərlər ana dilini bədii, estetik, elmi cəhətdən zənginləşdirmək əvəzinə başqa dillərin inkişafına xidmət göstərməli olur. Azərbaycanın tarixində belə hallara yol verilməsi mövcud olmuşdur. Bu dil, hətta, sovet imperiyası dövründə öz məkanında ikinci bir dil kimi işlədilməyə də məruz qalmışdı. Ancaq ümummilli liderimiz Heydər Əliyevin böyük səyləri nəticəsində 1978-ci il Azərbaycan konstitusiyasında ana dilimiz dövlət dili kimi təsbit olunmuşdu. Azərbaycanda müstəqil dövlətçiliyin yaradılması ana dilimizin tətbiqinə, onun yazılı və şifahi normalarının yaxınlaşmasına, dilin məna potensialının daxili imkanlar hesabına zənginləşməsinə münbit bir şərait yaratdı. Ana dilinin qorunması, tətbiqi və onun təkmilləşməsi barədə Heydər Əliyevin fəaliyyəti tarixi bir hadisə kimi qiymətləndirilməlidir. Heydər Əliyevin Respublika hakimiyyətində olmadığı vaxtlarda ana dilimiz barədə çox məsuliyyətsiz qərarlar verilirdi. İş hətta o yerə gəlmişdi ki, dilin özünün adı da sıradan çıxarılmışdı. Belə ki, 1992-ci il dekabrın 22-də AXC - Müsavat cütlüyü tərəfindən idarə edilən o zamankı Azərbaycan Milli Məclisi ana dili barədə yanlış bir qərar qəbul etmişdi. Bu qərara görə Azərbaycan Respublikasının dili türk dili elan olunmuşdu. Təkcə bunu nəzərə aldıqda ki, Azərbaycan dili ilə türk dili arasında normabaxımından çoxlu fərqlər vardır, onda həmin qərarın necə məsuliyyətsizlik olduğu bir daha aydınlaşar.

Heydər Əliyev 1995-ci ildə bu məsələ ilə əlaqdar müzakirələr keçirdi. Ana dilinin öz adı yenidən özünə qaytarıldı. 2001-ci il iyunun 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi barədə möhtəşəm bir fərman imzaladı. 2001-ci il iyulun 4-də isə ana dilinin tətbiqi məsələlərinin həyata keçirilməsinin təmin olunması məqsədi ilə Dövlət Dil Komissiyası yaradıldı. Respublika Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i ana dili və əlifba günü kimi təsis edildi. Dövlət dilinin tətbiqi işinin əməli şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə 30 sentyabr 2001-ci ildə Respublika Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının qanunu qüvvəyə minmişdir. Həmçinin, "Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə" 2003-cü il yanvarın 2-də Azərbaycan Respublikası Prezidentinin fərmanı verilmişdir.

Bu gün Azərbaycan dili müstəqil bir dövlətin dili kimi geniş tətbiq imkanlarına malikdir. Azərbaycanın milli mədəniyyət nümunələri, ölkənin sosial - iqtisadi nailiyyətləri, Respublikamızda baş verən yeniliklər beynəlxalq aləmə məhz ana dilində yayılır. Ana dilinin tətbiqi imkanları ilə rəsmi üslub zənginləşir. Rəsmi üslub bazasında ana dilinin yeni siyasət və diplomatiya üslubları formalaşır. Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici ölkədə Azərbaycan dilindəki çıxışları dövlət dilimizin siyasət və diplomatiya üslublarının təməlidir. Azərbaycan dilində bu dilin öz potensialı əsasında hərbi üslub yaranır. Müasir dövrdə dilin ən başlıca problemi yazılı və şifahi nitqi bir - birinə yaxınlaşdıran normaların tətbiqindən və sabitləşdirilməsindən ibarətdir. Norma sabitliyi həm dilin Azərbaycan məkanından kənarda öyrənilərək istifadə olunmasını, həm də zamandan - zamana verilən informasiyaların qəbul edilməsini asanlaşdırır. Azərbaycan barədə beynəlxalq aləmdə doğru informasiyaların verilməsi ən başlıca cəhətlərdən biridir. Azərbaycanda müstəqil dövlətçilik öz bəhrələrini verdikcə dilin öz məkanından kənarda öyrənilməsinə maraq artır. Bu isə Azərbaycana aid düzgün informasiyaların məhz bu dilin vasitəsi ilə alınmasına münbit şərait yaradır.

2) dini təəsübkeşlik

Vahid Ömərov f.ü.f.d. dos.