Ankarada Azərbaycan və Türkiyə XİN başçılarının görüşü keçirilir

11 Avqust 2020 12:23 (UTC+04:00)

Ankarada Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilir. SİA-nın verdiyi məlumata görə, nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş olacaq. Sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransı keçirəcəklər.