“Şəhidlər ölməz, Vətən bölünməz”

11 Avqust 2020 14:45 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində şəhid Şahin İsgəndərova həsr edilmiş videoçarx hazırlayıb.

Kitabxanadan SİA-ya bildirilib ki, videoçarxda şəhidin keçdiyi həyat yolu, igidlik və şücaəti işıqlandırılıb. Qeyd edilib ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçənləri anmaq hər bir vətəndaşın borcudur. Bu, həm də gənc nəslə bir örnəkdir.