Çinli tibb ekspertlər Respublika Klinik Xəstəxanasında olublar - FOTOLAR

11 Avqust 2020 12:19 (UTC+04:00)

Avqustun 10-da ölkəmizə Çindən gələn tibb ekspertləri Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) SİA-ya verilən məlumata görə, ekspertlər qeyri-COVID xəstəxanasında stasionar və poliklinik şöbələrdə yaradılmış şəraitlə, pasiyentlərin qəbulu prosesi, xəstələrin çeşidlənməsi və payız-qış mövsümünə hazırlıqla tanış olublar. Eyni zamanda, TƏBİB-in mütəxəssisləri ilə praktiki və nəzəri fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparılması məqsədilə Çin hökuməti bir qrup tibbi eksperti ölkəmizə göndərib.