Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 20 milyon nəfəri ötüb

11 Avqust 2020 07:11 (UTC+04:00)

Dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı 20 milyonu keçib.

SİA xəbər verir ki, bunu ABŞ-ın Con Hopkins Universitetinin apardığı hesablamalar göstərib.

Məlumata əsasən, hazırda yoluxanların sayı 20 001 019 nəfər təşkil edir, 733 103 nəfər ölüb, 12 209 074 isə sağalıb. Yoluxma hallarının çoxu ABŞ-da (5 799 441) qeydə alınıb.

Bunun ardınca Braziliya (3 035 422) və Hindistan (2 215 074) gəlir.