Batma təhlükəsi ilə üzləşən 7 nəfər FHN xilasediciləri tərəfindən xilas edilib

11 Avqust 2020 01:18 (UTC+04:00)

Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh, Mərdəkan, Buzovna və Şüvəlan sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub