Livan prezidenti Mişel Aun Baş Nazir və hökumətinin istefasını qəbul edib

11 Avqust 2020 00:33 (UTC+04:00)

Livan prezidenti Mişel Aun Baş Nazir Həsən Diab və hökumətinin istefasını qəbul edib.

SİA xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti verib.

Məlumatda qeyd edilib ki, Baş nazir istefa ərizəsini prezidentə təqdim edəndən sonra Mişel Aun onu qəbul edib və Nazirlər Kabinetinə yeni bir hökumət qurulana qədər vəzifələrini icra etməyi tapşırıb.

Söhbət əsnasında M.Aun və H.Diab avqustun 4-ü Beyrutun dəniz limanında partlayışdan sonra Livandakı son hadisələrin son gedişatını müzakirə ediblər. Dövlət başçısı istefaya gedən hökumət üzvlərinə görülən işlərə görə təşəkkür edib.