Murad: "Noyabra 80 toy yazmışam"

11 Avqust 2020 17:30 (UTC+04:00)

Müğənni-bəstəkar Murad Arif karantin başlayandan bu yana təxirə düşən toylarından bəhs edib. SİA-nın məlumatına görə, o, bu sözləri dilə gətirib: "Vəziyyət elədir ki, tək noyabrda açılsa, 80 toy aparmalıyam. Günə ikisi düşür. Martın 15-dən vaxtı ata-ata gəlirik. Günü, tarixi mənimlə müzakirə edən, anlayışlı və mədəni müştərilərimə də halal olsun. Seçiminiz qədər adekvatsınız. Sizi ən "fısqırıq" partilər gözləyir. Bizi səhnədə görən bilir".