Son sutka ərzində İranda koronavirusdan 189 nəfər ölüb

10 Avqust 2020 18:43 (UTC+04:00)

İranda yeni növ koronavirusa yoluxma və ölüm hallarında yenidən yüksəliş müşahidə edilib. Son sutka ərzində 2 min 132 nəfər virusa yoluxub, 189 nəfər isə həyatını itirib. SİA xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında bildirib. Bununla da İranda yoluxanların ümumi sayı 328 min 371 nəfərə, ölənlərin sayı isə 18 min 616-ya çatıb.

Müalicəsi davam edən 3 min 992 xəstənin vəziyyəti ağır olaraq qalır. Ümumilikdə İranda müalicə alan 286 min 642 nəfər sağalıb.

İranın 14 vilayəti hələ də qırmızı zonaya daxildir.