Antonio Banderas koronavirusa yoluxub

10 Avqust 2020 17:52 (UTC+04:00)

Məşhur Hollivud aktyoru Antonio Banderas koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bu barədə aktyor öz “Twitter” səhifəsində yazıb.

60 yaşlı aktyor doğum gününü virusa görə özünütəcrid rejimində qeyd etdiyini bildirib. A.Banderas özünü normal, lakin yorğun hiss etdiyini deyib.

Qeyd edək ki, Antonio Banderas “Ümidsiz”, “13-cü döyüşçü”, “Zorro maskası”, “Zorro əfsanəsi” kimi filmlərdə rol alıb.