Yuxu pozğunluğu ömrü 7 il qısaldır

6 May 2011 03:12 (UTC+04:00)
Alimlər yuxusuzluqla artıq yatmağın insana eyni dərəcədə zərər verdiyini müəyyənləşdirib. İnsan yuxusuzluqdan əziyyət çəkirsə, yaxud lazım olandan artıq yatırsa, onun xarici görünüşünün korlanması ilə yanaşı, beyni də qocalır. Xezer.TV-nin xəbərinə görə, mütəmadi olaraq yuxu pozğunluğundan əziyyət çəkən insanların beyni düz 7 il tez qocalır. Tədqiqatlar göstərib ki, qadınların 25, kişilərin isə 18%-i yuxu pozğunluğu üzündən zehni çatışmazlıqla üzləşir.