“Birlikdəyik” layihəsi davam edir

10 Avqust 2020 17:26 (UTC+04:00)

“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə həyata keçirdikləri “Birlikdəyik” layihəsi davam edir.

COVID-19 pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədilə keçirilən “Birlikdəyik” layihəsi əhaliyə qida yardımlarının çatdırılması, antiseptik vasitələrin paylanılması, karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatların təqdim olunması, eyni zamanda, sosial şəbəkələr vasitəsilə maarifləndirilmə işinin aparılması istiqamətləri üzrə həyata keçirilir.