“Milli Şura”dan növbəti istefa gözlənilir

10 Avqust 2020 16:54 (UTC+04:00)

Vidadi Mirkamal və Rahim Hacıyev Cəmil Həsənli ilə yollarını ayırırlar

Qara günə qalan qara niyyətli və qara xislətli müxalifətin dağıdıcı qanadı xaricdən aldığı təlimata uyğun olaraq xalqa və dövlətə qarşı qarayaxama kampaniyasını davam etdirir. “Milli Şura”nın anormal məxluqları bəzən öz məkrli pozucu niyyətlərini reallaşdırmaq üçün xarici ölkələrə üz tutan boşboğaz “söyüş müxalif” ünsürlərdən istifadə etməyə çalışırlar. Onların eyni tezisi ifadə etmələri, o qənaəti yaradır ki, istər xaricdəki “söyüş müxalifəti”, istərsədə daxildəki Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və bu kimi digər ünsürlər eyni mərkəzdən idarə edilirlər. Bəzən isə, onların fəaliyyətlərinin təqdim olunmasında ABŞ-ın dövlət büdcəsindən maliyyələşən "Azadlıq", "Amerikanın səsi" radioları da informasiya dəstəyi göstərir. Yəni bu radiolar Azərbaycanla bağlı anti- təbliğat aparır, şər və böhtan xarakterli məlumatlar yayırlar. Söz yox ki, "Azadlıq" və "Amerikanın səsi" radiolarının qərəzli informasiya bazalarını AXCP, “Milli Şura”, xaricdə məskunlaşmış bəzi xəyanətkar şəxslər, o cümlədən “5-ci kolon” doldurur.

Yada salmaq lazımdır ki, Ermənistanın işğalçılıq siyasətinə etiraz olaraq xaricdə yaşayan azərbaycanlılar, diaspora fəalları aksiyalar keçirdikləri zaman Sevinc Osmanqızı, Qənimət Zahid, Arif Məmmədov, Vidadi İsgəndərli və digərləri müxtəlif iyrənc vasitə və üsüllardan istifadə etməklə həmin etiraz aksiyalarını gözdən salmağa cəhdlər göstərdilər. Yəni azərbaycanlıların haqq işinə qarşı ermənidən betər düşmən mövqeyi ortaya qoydular. Bununla yanaşı daxildə ki, erməni dəyirmanına su tökən Ə.Kərimli, C.Həsnli, G. Hacıbəyli, M.Rahim, A.Hacılı və digərləri dünyanı cənginə alan və Azərbaycana da təsirsisiz ötüşməyən koronavirus pandemiyasından öz siyasi məqsədləri üçün istifadə etməyə cəhdlər göstərirlər.

“Milli Şura” qeybətxana yığnağına çevrilib

Demək olar ki, “Milli Şura” deyilən qondarma qurumun tör-töküntüləri keçirdikləri hər bir onlayın konfranslarda pandemiya dövrünün uzanmasından və insanların bu virusdan əziyyət çəkməsindən məmnunluqlarını ifadə edirlər. Qurumun sonunci onlayın toplantısında Gültəkin Hacıbəyli deyir : “Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışğı çətinləşir, bu da açığı birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların, etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s., buna sevinmək lazımdı. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədi”. Qurumum digər üzvü Rahim Hacıyev isə müxalifətçi kimi cəmiyyət tərəfindən rədd edildiklərini və onları dəstəkləyən olmadığını bildirir : “Heç kim bizi dəstəkləmir, kimin nə dostu tanışı samballı müxalifətçilər varsa , onları məcbur etmək lazımdır ki, bizi dəstəkləyən statuslar yazsınlar”.Qənimət Zahid də onlayın konfransa söhbətə giley-güzarla başlayır. Bildirir ki, adamlar özləri öz xoşları ilə yazmaq istəmirlər, gərək boyunlarına yükləyəsən: “Məsələn, Bəxtiyar Hacıyevin boynuna yüklədim yazdı, Nəsimi Məmmədlini yüklədim yazdı” .

Bir sözlə görünən odur ki, “Milli Şura” deyilən qeybət yığnağında bir növ it yiyəsini tanımır. Hər kəs ağlına deyil, ağzına gələni danışır. Onlar bir məkəz ətrafında toplansalarda, siyasi savadsızlıqları və ağıldan, düşüncədən uzaq olmaları, qarşlarına qoyulan pozucu məqsədlərini tam şəkildə icra etmələrinə imkan vermir. Sadəcə, xor dərnəyənin cükküldəyən üzvləri kimi, danışır, fikir söyləyir, hərdəndə ağzı göyçəklik edirlər. Bununlada varlıqlarını nümayiş etdirdiklərini və hələ də siyasət meydanında olduqlarını göstərməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, cəmiyyət onları boşboğazlar olaraq tanıyır, danışdıqları və dedikləri fikirləri ciddi qəbul etmirlər. Bu baxımdan demək olar ki, “Milli Şura”, AXCP, Müsavat kimi qurumların strukturlarında təmsil olunan funksiaonerləri cəmiyyət qətiyyətlə rədd edir. Bunu artıq gec də olsa bəzi şəxslərdə dərk etməyə başlayıblar. Bir qədər əvvəl Eldəniz Quliyevin, Rafiq Manaflının, Rövşən Əhmədovun “Milli Şura”dan istefa vermələri ağıllı istefa qərarının nümunusə kimi dəyərləndirmək olar. Yəni, şüurlu şəkildə “Milli Şura”nın perespektivinin olmadığını dərk edənlər var ki, onlar da normal cəmiyyətin normal üzvünə çevrilmək üçün qurumdan istefa verirlər. İddialara görə, artıq növbə Rahim Hacıyev və Vidadi Mirkamalındır. Daha doğrusu artıq sözügedən şəxslərin iynə üsütündə oturduqlqrı, C.Həsnli və Ə.Kərimli ilə xüdafizləşmək üçün məqam gözlədirləri bldirilir. Yəqinki, yaxın günlərdə, Rahim Hacıyev və Vidadi Mirkamal “Milli Şura”dan istefa verməklə, rahat nəfəs almalı olacaqlar.

İ.ƏLİYEV