Rusiyada güclü partlayış baş verib FOTO

10 Avqust 2020 15:42 (UTC+04:00)

Rusiyanın Volqoqrad şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. SİA xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Onlardan 10 nəfəri xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.