Çin amerikalılara qarşı sanksiya tətbiq edib Soyuq Müharibə

10 Avqust 2020 15:42 (UTC+04:00)

Çin 11 amerikalıya qarşı sanksiya tətbiq edib. SİA xəbər verir ki, ÇXR ABŞ-ın Maliyyə Nazirliyinin Çin və Honkonq rəsmilərinə qarşı atdığı addımlara belə reaksiya göstərib. "Bu sanksiyalar bu gün qüvvəyə minir və 11 nəfərə şamil olunur”, – deyə ÇXR-in Xarici İşlər Nazirliynin nümayəndəsi bildirir.

Xatırladaq ki, daha əvvəl ABŞ Çin Kommunist Partiyasının rəsmilərinə qarşı “Honkonqun muxtariyyətinin və insan hüquqlarının pozulmasına görə” sanksiya tətbiq etmişdir. Vaşinqton Çini bu bölgənin müxtariyyətini ləğv etmək niyyətində günahlandırır.

Bildirildiyi kimi, 1997-ci ildə İngiltərə Honkonqu Çinə “Bir ölkə – iki sistem” şərti ilə təhvil verib. Şəhər 2047-ci ilə qədər müxtariyyətini, sakinlər isə siyasi hüquqlarını, o cümlədən söz və toplaşmaq azadlığını saxlamalıdırlar. Milli təhlükəsizlik haqqında qanun qəbul edildikdən sonra ÇXR səlahiyyətliləri bölgədə vətəndaş azadlıqlarını məhdudlaşdırmaq üçün geniş imkanlara sahib olublar.