Ofisdən 6 ədəd noutbuk oğurlandı

10 Avqust 2020 15:23 (UTC+04:00)

Sumqayıt şəhər ərazisindəki ofislərin birindən noutbuk oğurlamaqda şübhəli bilinən şəhər sakini C.Mustafayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki ofislərin birindən 6 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini C.Mustafayev saxlanılıb.