Qaxda qadın 6 000 manatlıq qızıl oğurladı

10 Avqust 2020 15:13 (UTC+04:00)

Qax rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini K.Nəzərəliyeva saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini K.Nəzərəliyeva saxlanılıb.