Bakıda mənzildən qiymətli əşyalar oğurlanıb

10 Avqust 2020 15:07 (UTC+04:00)

Mənzillərin birindən oğurluq etməkdə şübhəli bilinən Ucar rayon sakini S.İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisindəki mənzillərin birindən 1535 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və qol saatı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılov saxlanılıb.