Narkotikə görə saxlanıldı, başqa cinayəti ortaya çıxdı

10 Avqust 2020 14:50 (UTC+04:00)

Narkotik vasitə ilə tutulmuş R.Mirzəyevin Astara rayonu ərazisindəki evlərin birindən pul oğurlaması da müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş R.Mirzəyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 1500 manat pul oğurlaması da müəyyən edilib.