3 avtomobildən və mağazadan oğurluq edən şəxs tutuldu

10 Avqust 2020 14:44 (UTC+04:00)

Xəzər rayonu ərazisində oğurluq etdiyinə görə tutulmuş A.Abbasovun daha 3 avtomobildən, habelə 1 mağazadan oğurluq etməsi də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş A.Abbasovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 avtomobildən maqnitofon və akkumulyator, habelə 1 mağazadan 80 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.