Lənkəranda avtomobil piyadanı vurub öldürdü

10 Avqust 2020 14:39 (UTC+04:00)

Lənkəran rayonunun Boladi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 9-da saat 9 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində rayon sakini X.Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Moskva Məhərrəmovanı vurmuş və piyada hadisə yerində ölüb. Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.