Bakıda mənzildən qiymətli əşyalar oğurlanıb

10 Avqust 2020 13:29 (UTC+04:00)

Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, əməliyyatı Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisindəki mənzillərin birindən 1535 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və qol saatı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılov saxlanılıb.