ABŞ "Eurovision" mahnı müsabiqəsi keçiriləcək

10 Avqust 2020 14:22 (UTC+04:00)

ABŞ tezliklə "Eurovision" mahnı müsabiqəsini keçirməyi planlaşdırır. SİA-nın məlumatına görə, yarışma "Amerika mahnı müsabiqəsi" ("The American Song Contest") adlanır.

Yarışmanın ilk buraxılışı 2021-ci ilin bayram tətilində keçiriləcək. Müsabiqəyə 50 ştatdan musiqi qrupları, müğənnilər qatılacaq.

Layihənin musiqi prodüseri Ben Silvermən olacaq. Lisenziyalı layihə haqda "Eurovision" rəsmi saytında da yazılıb.