Oktay susqunluğunu pozdu: "Ağzımı açmayım"

10 Avqust 2020 13:07 (UTC+04:00)

Xəbər verdiyimiz kimi bloqer Aysel Şükürova həyat yoldaşı Oktayla yollarını ayırıb. SİA-nın məlumatına görə, Oktay bir müddət sakit qaldıqdan sonra sosial media hesabında post paylaşaraq susqunluğunu pozub: "Mən sakit dururam, o demək deyil ki, kimsə mənim barəmdə artıq-əskik yazsın. Ağzımı açmayım! Mən kimsə deyiləm ki, çıxım ağzıma gələni danışım, şər-böhtan atım, özümü yaxşı göstərim".

Hər iki tanınmış simanın izləyiciləri onların boşanmamasını dilə gətirib.

Qeyd edək ki, bəzi saytlarda Ayselin keçmiş həyat yoldaşının Oktayı döydüyü xəbəri yer alıb.