Ermənistanda daha 5 nəfər koronavirusdan öldü

10 Avqust 2020 11:07 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 40 433 nəfərə çatıb.

Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 23 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 5 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 796 nəfər koronavirusdan ölüb, 6 793 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.