Danışıqlar dayandırılsın! - Ərdoğandan göstəriş

10 Avqust 2020 10:47 (UTC+04:00)

Şərqi Aralıq dənizi ilə bağlı razılaşmanı pozan və inamı sarsıdan Yunanıstan tərəfidir. SİA xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Kalın qeyd edib ki, Yunanıstanla Misir arasında razılaşma əldə olunduqdan sonra cənab Ərdoğan bizə açıq şəkildə göstəriş verdi: “Danışıqları dayandırırsınız. Almanlara və yunanlara bu barədə məlumat verin. Biz bu danışıqlara başlaya bilmirik. Yunanıstanla Misir arasında razılaşma Türkiyə üçün yox hökmündədir”. Çünki bu, yenidən Türkiyəni Şərqi Aralıq dənizi məsələsindən kənarda qoymaq və bizi Antalya körfəzinə məhkum etmək üçün atılmış addımdır. Türkiyə bunu heç vaxt qəbul etməz. Şərqi Aralıq dənizi mövzusunda 2 məqsədimiz var. Birincisi, dəniz sərhədi ilə bağlı məsələ, digəri isə Kipr türklərinin haqq və maraqları. Bütün bunlara baxmayaraq, Türkiyə məsələnin dialoq yolu ilə həllinin tərəfdarıdır. Ancaq burada razılaşmanı pozan və inamı sarsıdan Yunanıstan tərəfidir”, - prezident sözçüsü bildirib.