Türkiyə qırıcılarının hava zərbələri nəticəsində 3 PKK terrorçusu məhv edilib

10 Avqust 2020 07:44 (UTC+04:00)

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri İraqın şimalında yerləşən Avaşin rayonunda PKK terror təşkilatının mövqesinə zərbələr endiriblər.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, hava zərbələri nəticəsində 3 PKK terrorçusu məhv edilib: "Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları sonuncu terrorçu məhv edilənə qədər davam edəcək".