Novruzovun komandası səfər oyunundan böyük hesablı məğlubiyyətlə ayrılıb

10 Avqust 2020 02:36 (UTC+04:00)

Estoniya çemponatında 16-cı turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” səfərdə “Kalyu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Novruzov start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 16 turdan sonra 16 xalla 7-ci pillədə qərarlaşıb.