Türkiyədə hərbçiləri daşıyan avtomobil idarəetmənin itirilməsi səbəbindən qəzaya düşüb

9 Avqust 2020 19:38 (UTC+04:00)

Türkiyədə hərbçiləri daşıyan avtomobil idarəetmənin itirilməsi səbəbindən qəzaya düşüb.

SİA xəbər verir ki, hadisə Türkiyə-Ermənistan dövlət sərhədində, İqdırın Çiftlik kəndi ərazisindəki hərbi xidmət məntəqəsində baş verib. Altı hərbçi yaralanıb. İqdır Dövlət Xəstəxanasına çatdırılan hərbçilər üçün həyati təhlükə olmadığı bildirilir.