Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub

9 Avqust 2020 23:30 (UTC+04:00)

Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran-2, Bilgəh, Buzovna, Lökbatan və Goradil sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.