MSK ilkin nəticələri açıqlayıb Belarusda

9 Avqust 2020 21:52 (UTC+04:00)

Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko beş regionun səsvermələrinin nəticələrinə əsasən seçkilərdə liderdir. SİA "TASS"a istinadən verdiyi məlumata görə, bunu Belarusiyanın Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.

Onun sözlərinə görə, Aleksandr Lukaşenko 82,08 faiz, onun rəqibi Svetlana Tixanovskaya isə 6,98 faiz səs toplayıb.