Rusiyada son sutkada 5 mindən çox yoluxma

9 Avqust 2020 17:52 (UTC+04:00)

Rusiyada son sutka ərzində daha 5 189 nəfərdə koronavirus aşkarlanıb, 77 xəstə vəfat edib, 3 215 nəfər xəstəxanadan evə buraxılıb. “RİA Novosti” bildirir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Yeni yoluxma halları 84 regionda aşkarlanıb.

Daha çox yeni yoluxma halı Moskvada qeydə alınıb – 689 nəfərdə.

Pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə 887 536 nəfərdə koronavirus aşkarlanıb, 14 931 nəfər dünyasını dəyişib, 693 422 nəfər sağalıb.