Son sutka ərzində İranda koronavirusdan 163 nəfər ölüb

9 Avqust 2020 16:40 (UTC+04:00)

İranda yeni növ koronavirusa yoluxma və bu xəstəlikdən ölüm hallarının azalması müşahidə edilir. Son sutka ərzində 2020 nəfər virusa yoluxub, 163 nəfər isə həyatını itirib.

Bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Bununla da İranda virusa yoluxanların ümumi sayı 362 min 712 nəfərə, ölənlərin sayı isə 18 min 427-yə çatıb.

Müalicəsi davam edən 4022 xəstənin vəziyyəti ağır olaraq qalır. Ümumilikdə İranda 284 min 371 nəfər bu xəstəlikdən sağalıb.

İranın 14 vilayəti hələ də qırmızı zonaya daxildir.