“TurAZ Qartalı - 2020” təlimlərində helikopterlərin uçuşları keçirilib FOTO/VİDEO

9 Avqust 2020 15:20 (UTC+04:00)

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı - 2020" birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.
Müdafiə Nazirliyindən SİA-ya bildirilib ki, tam hazır vəziyyətə gətirilən helikopterlərin nümunəvi təlim uçuşları keçirilib.
Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.