Xəstəxanada baş verən yanğında 7 nəfər öldü

9 Avqust 2020 13:02 (UTC+04:00)

Hindistanın Andhra Pradeş şəhərində COVID-19 xəstələri üçün xəstəxana kimi istifadə edilən oteldə ən az 7 nəfər yanğın nəticəsində ölüb.

Bu barədə "NDTV" telekanalı bildirib.

Bildirilib ki, hadisə səhər saat 5:00 radələrində baş verib. 20-yə yaxın xəstə xəstəxanalara köçürülüb.

İlkin versiyaya görə, yanğın qısa qapanma səbəbindən baş verib.

Hadisə nəticəsində 20 nəfərə yaxın xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.