Avtobus qəzasında ölən və yaralananlar var FOTO

9 Avqust 2020 10:47 (UTC+04:00)

İstanbulda sərnişin avtobusu qəzaya düşüb. SİA-nın məlumatına görə, hadisə nəticəsində 3-ü uşaq olmaqla 25 nəfər yaralanıb, 5 nəfər həlak olub.

Hadisə yerinə çox sayda təcili yardım, yanğınsöndürən və polis əməkdaşları cəlb edilib.

Yaralananlardan 7 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Bildirilib ki, avtobus sürücüsü də qəza nəticəsində ölüb.