Masallı rayonunda meşə ərazisində yanğın olub

9 Avqust 2020 00:30 (UTC+04:00)

Masallı rayonunun Köhnə Zuvand kəndi yaxınlığında meşə ərazisində 4 ha sahədə quru ot və ağac kötükləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, meşənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.