Qaxda yol qəzası nəticəsində "VAZ" yanıb

9 Avqust 2020 09:42 (UTC+04:00)

Qax rayonunun Ləkit kəndində “VAZ” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, nəticədə “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.